İsrailin xarici işlər naziri Aviqdor Liberman MDB işləri üzrə yeni müşavir təyin edib.
APA-nın “İzrus”a istinadən verdiyi məlumata görə, bu vəzifəyə İsrailin Ukraynadakı keçmiş səfiri Zina Kalay-Klaytman təyin olunub.
Qeyd edək ki, MDB üzrə müşavir vəzifəsini daha əvvəl Zeyev Ben-Arye tuturdu. O, təqaüdə çıxıb.