Bazar ertəsinə keçən gecə Dəməşqdəki Həzrəti Rüqayyə (s.ə) cümə məscidinin imamı şeyx Abbas Leham iki silahlı şəxs tərəfindən qətlə yetirilib. Qətl hadisəsi məscidin yaxınlığında baş verib.
SalamNews-un FarsNews-a istinadən verdiyi xəbərə görə, törədilmiş cinayətə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Xatırladaq ki, son günlər ərzində müxalifət qruplaşmaları Suriyada bir sıra terror aktları həyata keçiriblər. Nəticədə dinc əhali kütləvi şəkildə qətlə yetirilib