İran Hərbi Dəniz Qüvvələri (HDQ) Hind Okeanının şimal hissəsində hərbi-dəniz əməliyyatları sahəsini genişləndirmək niyyətindədir.
SalamNews-un MehrNews-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həbibullah Seyari bildirib.
Onun sözlərinə görə, Hind Okeanının şimalında yerləşən ölkələrlə əməkdaşlıq və qarşılıqlı münasibətləri fəallaşdırmaq məqsədi ilə İranın Hərbi–dəniz Donanması 10-cu şimal enliyindən kənara çıxmağı planlaşdırır.
“İslam Respublikasının dəniz terrorçuluğu ilə mübarizəyə başlamaq və regionda təhlükəsizliyi təmin etmək üçün qonşu dövlətlərlə əlaqələri inkişaf etdirməyə ehtiyacı var”, - kontr-admiral deyib.