ran Quru Qoşunlarının xüsusi dəstələrinin iştirakı ilə İranın şərqindəki Cənub Xorasan əyalətində bu gün hərbi təlimlərə başlanılıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran Quru Qoşunlarının əməliyyat komandanı, general-mayor Qulaməli Qulamalian açıqlama verib.
O bildirib ki, “Cəfəri Təyyar” adı verilən təlimlər üç gün çəkəcək. O, təlimlərin İranın bölgədəki hərbi qüvvələrinin müdafiə gücünü artırmaq məqsədi daşıdığını vurğulayıb.