ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə nazirinin müavini Filip Qordon bildirib ki, NATO-nun İsrail ilə əməkdaşlığına Türkiyənin etirazları səbəbi ilə əngəl törədilir.
Salamnews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Qordon bu vəziyyətdən narahat olduqlarını bildirərək deyib: “Heç bir ölkə alyansı ikitərəfli problemlərə qarışdırmamalıdır”.
Qordon, Senatın Xarici Əlaqələr Komitəsinin ''NATO: Çikaqo ve sairə” mövzusundakı iclasında senatorların suallarını cavablandırıb.
Senator Mayk Linin “Qarşıdakı 10 gün ərzində Türkiyənin İsrailin NATO sammitində iştirakına etirazının yumşalmasını gözləyirsinizmi?'' sualına cavab verən Qordon bildirib ki, bu mövzu düzgün başa düşülməyib: ''NATO İsraili Çikaqodakı sammitə dəvət etməyi düşünməyib. İsrail NATO-nun əhəmiyyətli tərəfdarıdır və təbii ki, ABŞ-ın da əhəmiyyətli bir müttəfiqidir. Ancaq Çikaqo zirvəsində İsrailin iştirak etməsi məsələsi gündəmdə deyil. Bu mövzu ilə əlaqədar xəbərlər və fərziyyələri gördüm, amma bunlar doğru deyil".