Türkiyənin yeni seçilmiş prezidenti Fransua Ollanddan ədalət, səmimiyyət, realistlik və konstruktivlik gözləyir. SalamNews-un verdiyi xəbərə görə, bu barədə türkiyəli jurnalist Yavuz Baydarın Fransa prezidentinə ünvanlanmış və “Today’s Zaman” qəzetində dərc olunmuş açıq məktubunda bildirilir.
“Avropada mövcud olan iqtisadi böhran və siyasi qeyri-müəyyənlik dövründə Türkiyə vətəndaşları Sizin qarşınızda duran məqsəd və prioritet məsələlər barədə məlumatlıdırlar. Yaxın bir neçə il ərzində ölkəyə görə daşıyacağınız məsuliyyət Sizi Türkiyə ilə münasibətlər kimi amili nəzərə almağa məcbur edir. Biz bu münasibətlərin dəyişkənlikdən tam demokratik formaya keçəcəyinə ümid bəsləyirik. Sizin Türkiyə ilə bağlı strateji mövqeyiniz əhəmiyyətli dərəcədə Türkiyə-Aİ münasibətlərinin gələcəyini müəyyənləşdirəcək”, - məktubda bildirilir. Müəllif Fransua Ollandın sələfinin oynadığı mənfi rolu, Nikolya Sarkozinin Türkiyənin Aİ-yə daxil olması prosesini ləngitdiyini vurğulayır.
Onun sözlərinə görə, sabiq prezidentin inadı üzündən Fransa 5 əsas qanun layihəsinin dondurulmasına görə məsuliyyətli qalıb. “Sarkozinin qeyri-real, köhnəfikirli siyasəti Fransanın Aİ-yə müxtəlif ölkələrin daxil olmasının qarşısını almaqla, təşkilatı “xristian klubu” formasında saxlamaq şübhələri yaratdı”, - jurnalist yazıb.
Müəllif yeni seçilmiş Fransa prezidentini insan hüquqları və problemləri kimi universal dəyərləri əsas gətirən siyasətçi kimi qəbul olunduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Türkiyə ədalətə nail olmağa çalışır. Müəllif Türkiyənin keçid dövründə olduğunu və Fransa ilə güclü iqtisadiyyat, sabitlik, müxtəliflik və dözümlülük kimi ümumi məqsədləri bölüşmək niyyətində olduğunu yazıb. “Hazırda Türkiyənin əsas gözləntilərinin müvafiq qaydada 5 qanun layihəsinin ləğv edilməsidir”, - məktubda deyilir.
Qeyri-sabit Aİ-nin güclü iqtisadi tərəfdaşı mövcuddur. Beynəlxalq Münasibətlər Şurasının yeni hesabatında rəsmi Ankara ilə Paris arasında Şimali Afrikada yeni rəqabətin əməkdaşlıqla əvəz edilməsinin zərurəti vurğulanır. “Rəsmi Ankara ilə Brüssel arasında sıx münasibətlərin qurulması Türkiyənin Aİ-yə daxil olması prosesinin yaxşılaşmasına yardım edə bilər”, - müəllif yazıb.
“Sizin qarşınızda duran məqsədlər həyati əhəmiyyət daşıyır. Qərarlarınızın ciddi nəticələri olacaq. Vurğuladığım kimi, ilk dövrdə Türkiyənin Sizdən əsas gözləntiləri ədalət və səmimiyyətdir”, - Yavuz Baydar yazır.