“İsrailin İrana hücum etməsinə hələ vaxt var”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib. O bildirib ki, İsrailin İrana qarşı ittihamları üçün yetərincə əsas var: “ Rəsmi Təl-Əviv İsrailin varlığı üçün İranı təhlükə hesab edir. Belə bir ehtimal irəli sürmək üçün İsrailin kifayət qədər əsası var. Təl-Əviv hökuməti bu məsələ ilə bağlı fəaliyyət planına müstəqil şəkildə özü qərar verməlidir”. C. Bayden əlavə edib ki, İran siyasi cəhətdən dünyadan təcrid olunub: “Lakin Tehranla “altılıq” ölkələri arasında keçiriləcək Bağdad görüşü vəziyyəti dəyişdirə bilər”.