“Əl-Qaidə” terror qruplaşmasının ABŞ təyyarəsini partlatmaq planının qarşısını alan şəxs Böyük Britaniyanın məxfi agent olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, agent Səudiyyə Ərəbistanı əsillidir.
Xatırladaq ki, agent “Əl-Qaidə” Yəmən şəbəkəsinin rəhbərinə özünü intiharçı kimi qələmə verərək alt geyimində ABŞ təyyarəsinə partlayıcı qurğu keçirməyə könüllü şəkildə razılıq verib.
Agent yeni partlayıcı maddələrlə hazırlanmış partlayıcı qurğunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim edib.
Britaniyanın Mİ-6 kəşfiyyat xidməti bu xəbəri şərh etməyib.