Bu gün Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Azərbaycanın vətənpərvər qüvvələri Bakıda Şəhidlər xiyabanını ziyarət edərkən Ermənistan bayrağını yandırıblar.
SalamNews-un xəbərinə görə, hazırda Şəhidlər xiyabanına böyük insan axını müşahidə edilir. Şəhidlər xiyabanına doğru hərəkət edən avtomobillərin hərəkəti məhdudlaşdırılıb.