Omanın Təhsil Nazirliyi yuxarı sinif şagirdləri arasında keçirilən Quran hafizləri müsabiqəsinin qaliblərini mükafatlandırıb, SalamNews "Times of Oman"na istinadən xəbər verir.
Mükafatların təqdimetmə mərasimi Omanın ədliyyə naziri Şeyx Əbdülmalik Xəlilinin rəhbərliyi altında, ölkənin təhsil naziri Mədihi Şibaniyanın iştirakı ilə keçirilib.
Çıxışı zamanı A.Xəlili bu cür müsabiqənin məktəblilərin dünya görüşünün formalaşmasında vacib olduğunu vurğulayıb. Öz növbəsində, Omanın islam təhsilinin humanitar elmlər üzrə təhsil proqramı Departamentinin direktor müavini Həməd Rachi qeyd edib ki, bu müsabiqə məktəblilərin qəlbində islam dəyərləri yaradacaq. Onun sözlərinə görə, dövlət başçısı kral Sultan Qabusun göstərişinə uyğun olaraq, bütün təhsil müəssisələrində islam adətlərinin inkişafına böyük üstünlük verilir. O söyləyib ki, islam təhsili məktəblilərin dünya görüşü və intellektual səviyyəsinin formalaşmasında böyük rol oynayır.