İsrail Məhkəməsi Benyamin Netanyahunun başçılıq etdiyi hökumətin Qərb sahillərindəki evlərin sökülməsinin və Qivat-Ulpana məhəlləsindəki yəhudi sakinlərin Beyt-Eleyə (İordan çayının qərb sahili) köçürülməsinin təxirə salınması barədə xahişini rədd edib. SalamNews-un "Reuters"ə istinadən verdiyi xəbərə görə, məhkəmə təxliyənin son tarixini cari ilin iyul ayının 1-ə qədər uzadıb.
Ötən il İsrail hakimiyyəti evlərin sökülməsini 3,5 il müddətinə təxirə salmağı təklif edib, ancaq məhkəmədən rədd cavabı alıb.
Qərarda deyilirdi ki, israillilər qeyri-qanuni yolla Fələstin ərazilərinə yerləşiblər. Daha sonra Miqron yaşayış məntəqəsinin sakinləri digər əraziyə köçürülməsi barədə hakimiyyətlə razılaşma imzalayıblar.
Hazırda 50 min İsrail sakini Fələstin ərazilərində yaşayır.