Üsamə bin Laden məhv edildikdən sonra «Əl-Qaidə» terror şəbəkəsinə rəhbərlik edən misirli Ayman əz-Zəvahiri Pakistan ərazisində gizlənir. Bu barədə Hindistanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton bildirib.
Klintonun sözlərinə görə, Pakistan rəsmiləri nümayiş etdirməlidirlər ki, hakimiyyəti və ya ərazini terrorçulara güzəştə getmək fikrində deyillər.
Vaşinqton Ayman əz-Zəvahirinin başına görə 25 milyon dollar vəd edib.