Suriyada parlament seçkiləri start götürüb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və 20:00-dək açıq olacaq. SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, seçkilərdə 14,7 milyon suriyalı 12 mindən çox seçki məntəqəsində səs verəcək.
Suriya DİN rəhbərinin müavini Həsən Cəlalinin verdiyi məlumata görə, “hakimiyyət vətəndaşların istədikləri azad demokratik həyat tərzinə cavab verən seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün bütün tədbirləri görüb”.
Suriya informasiya naziri Adnan Mahmud bildirib ki, seçkilərdə 100-dən çox beynəlxalq nəzarətçi iştirak edəcək, təxminən 200 yerli və xarici KİV nümayəndələri isə prosesi işıqlandıracaq.