Xaker dağıtdığı saytlara, ayaq izi əks olunan Danimarka bayrağı yerləşdirib
Məhəmməd (əs) Peyğəmbərin karikaturalarının danimarka KİV-lərində təkrarən dərc edilməsinə etiraz əlaməti olaraq, Səudiyyə Ərəbistandan olan xaker Danimarka şirkət və ictimayi təşkilatlarına məxsus minlərlə saytı dağıdıb.
Rabitə və informasiya texnologiyaları nazirliyinin verdiyi məlumata görə, iki həftə bundan əvvəl biabırçı təsvirlərin müəllifnə sui-qəsd hazırlanması barədə məlumatlara cavab olaraq, 17 danimarka qəzeti Məhəmməd (əs) Peyğəmbərin karikaturalarını dərc edib. Xatırladaq ki, müsəlmanların haqlı etirazlarına səbəb olan karikaturalar ilk dəfə 2005-ci ildə "Yulands-posten" qəzetində dərc olunub. Xaker isə dağıtdığı saytlara, ayaq izi əks olunan Danimarka bayrağı yerləşdirib. Həmçinin o, gələcək də İslamın təhqir olunması hallarına daha "sərt reaksiya" verəcəyi barədə xəbərdarlıq edib.