POPULYARXƏBƏRLƏR

İsrail kəşfiyyatçısı: “Tehrandan Tel-Əvivə raketin çatması üçün 7 dəqiqə vaxt lazımdır”

“İranla “altılıq” arasında keçirilən müzakirələrdə bütün tərəflərin qəbul edəcəyi həll yolu tapmağa çalışırıq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Hillari Klinton bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının üzvlərini İrana qarşı sərt sanksiyalar tətbiq olunması məsələsində razı salıblar: “Daha sonra ABŞ Avropa Birliyi ilə birlikdə İrana qarşı birtərəfli sanksiyaları sərtləşdirib. Hətta İran neftinə tətbiq olunmuş sanksiya nəticəsində bu ölkə neftini sata bilmir və milli valyutası dəyərini itirir”.

H. Klinton əlavə edib ki, ABŞ diplomatik həll yolunun tərəfdarıdır və hazırda tərəflər arasında müzakirələrin necə nəticələnəcəyini söyləmək tezdir.

Lakin elə bu gün “Russia Today" telekanalı “The Washington Post” qəzetinə istinadən “ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir aydan da qısa müddət ərzində İranın hərbi gücünü məhv etmək imkanına malik olduğunu açıqlayıb” məzmununda xəbər yayıb.

Xəbərdə bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı bu ölkənin hava və dəniz qüvvələri ilə birlikdə üç həftə ərzində İranın hərbi gücünü çökdürə biləcəyini deyib.

Məlumatda ABŞ-ın məhz bu səbəbdən Fars körfəzinə 2 təyyarə daşıyan gəmi göndərdiyi və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də radara yaxalanmayan “F-22” qırıcı təyyarələrini yerləşdirdiyi qeyd olunub: “Hazırda ABŞ-ın İran ətrafında 125 mindən çox əsgəri var, bunlardan da 90 mini Əfqanıstandadır. Ancaq ABŞ İrana qarşı hərbi müdaxilənin ən son variant olduğunu bəyan edir və hələ də əsasən sanksiyaların sərtləşdirilməsinə çalışır”.

İsrail Silahlı Qüvvələri Kəşfiyyatının sabiq rəhbəri Amos Yadlın isə
“Haaretz” qəzetinə müsahibəsində İranın kompleks bir strategiya ilə nüvə proqramını davam etdirməkdə olduğunu deyib.

Onun sözlərinə görə, nüvə silahına malik İran bu ölkəyə hərbi müdaxilə etməkdən daha təhlükəlidir: “İran kompleks bir strategiya ilə nüvə silahı istehsal etməkdədir. Təəssüf ki, bu strategiya hələ də davam edir”.

A. Yadlın deyib ki, İrana hərbi müdaxilə təşkil edilməzdən əvvəl bütün variantların istifadə olunmasının tərəfdarıdır. O, həmçinin Tehrandan Tel-Əvivə raketin çatması üçün yalnız 7 dəqiqə vaxt lazım olduğunu vurğulayıb.



Yerləşdirilib:7 May, 2012  13:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com