Amerika İsraillə birlikdə mayın 9-da İran və Suriyaya eyni vaxtda hərbi müdaxilə edəcək”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İordaniyada nəşr olunan “Əl-Həyat” jurnalı yazıb. Jurnal hücum zamanı İranın yüzlərlə strateji mərkəzinin raketlərlə vurulacağını qeyd edib: “Bununla bağlı xüsusilə Əfqanıstandakı ABŞ hərbçiləri hazır vəziyyətə gətirilib. Elə ABŞ prezidenti Barak Obamanın Əfqanıstana gözlənilməz səfəri də bu hücumla əlaqədar olub”.