İranda 8 nəfərlik milli helikopter istehsal olunacaq.
APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Xoca Nəsrəddin Tusi Sənaye Universitetinin rektoru, doktor Məcid Qasımi deyib. O bildirib ki, milli helikopter 2 il ərzində tam hazır olacaq: “Hazırda universitetimizdə bir çox böyük layihələr həyata keçirilir. Bunlardan biri də 8 nəfərlik helikopterin istehsalıdır”.