“İrandan Türkiyəyə neft ixracı azaldılmayıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Milli Neft Şirkətinin beynəlxalq məsələlər üzrə müdiri Möhsün Qəmsəri deyib.
O bildirib ki, Türkiyə İrandan neft ixracını 10% azaltmasını tələb etsə də, bu tələb hələlik həyata keçirilməyib: “Hazırda İrandan hər gün 170 min barel neft Türkiyəyə ixrac edilir”.
Qeyd edək ki, Türkiyə 2010-cu ildə İrandan 7 mln. 410 min barel neft idxal edib. 2010-cu ildən indiyədək Türkiyə İrandan neft idxalını artıraraq, günlük 180-200 min barelə çatdırıb