Kardinal Tarsisio Bertone Bakıda katolik kilsəsinin açılışında iştirak edəcək
Vatikanın dövlət katibi kardinal Tarsisio Bertone Azərbaycana rəsmi səfər edəcək. Səfər martın 6-9 arasında baş tutuacaq. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi iki ölkə arasında ikitərfəli əlaqələrin daha da inkişaf etdrilməsidir. Bundan başqa, kardinal Bakıda katolik kilsəsinin açılışında iştirak edəcək. Səfərdə Azərbaycanın işğal edilmiş rayonlarından qaçqın düşən şəxslərə humanitar yardım göstəriləcək.
Kardinalın səfər çərçivəsində prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, Hacı Allahükür Paşazadə ilə görüşləri nəzərdə tutulub.