Suriyanın Hama şəhərində baş verən partlayış nəticəsində ölkənin təhlükəsizlik orqanları əməkdaşı həlak olub. Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Polislər Latamnex şəhəri yaxınlığında partlayıcı maddələr aşkar edərək zərərsizləşdiriblər.
SalamNews "Reuters"ə istinadən xəbər verir ki, Suriya KİV baş verən partlayışlara görə “silahlı terror qruplaşmasını” ittiham edib.
BMT-nin Suriyadakı missiyasının başçısı Erv Ladsus yaxın zamanda beynəlxalq müşahidəçilərin sayını 300-ə qədər artırmaq niyyətindədir.