Ticarət Nazirliyinin bu qərarından 60 Danimarka şirkəti ziyan çəkəcək
Sudanın Ticarət Nazirliyi prezipdent Ömər əl-Bəşirin göstərişi ilə Danimarka mallarına qarşı boykot elan edib. Bu addım Danimarka qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə etiraz əlaməti olaraq atılıb. Nazirliyin qərarından 60 Danimarka şirkəti ziyan çəkə bilər.
Bir sıra ictimai təşkilatlar isə ölkə paytaxtında kütləvi etiraz nümayişinin keçirilməsini təklif edib. Xatırladaq ki, fevralın 22-də təxminən 200 sudanlı etiraz aksiyası keçirərək Danimarka ilə diplomatik əlaqələrin kəsilməsini tələb edib.