Qəzzadakı Fələstin hökumətinin Baş naziri İsmayıl Haniyə, Qərbi Asiya Təşkilatının baş katibi Mehmet Duman və onu müşayiət edən Türkiyə nümayəndə heyətini qəbul edib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, qonaqlarla görüşən Haniyə, əsasən İsrail həbsxanalarındakı fələstinli məhkumların yaşadığı çətinliklərdən söz açıb.
Məhkumların həbsxanadakı ağır vəziyyətinə etiraz etmək üçün iki həftədir aclıq aksiyası keçirdiyini xatırladan Haniyə, nümayəndə heyəti vasitəsi ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı fələstinli məhkumlara yardım etməyə çağırıb.