Əfqanıstanda səfərdə olan ABŞ prezidenti Barak Obama Əfqanıstan prezidenti Həmid Karzay ilə strateji əməkdaşlığa dair müqavilə imzalayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, müqaviləyə əsasən ABŞ bu ölkədən 2014-cü ildə qoşunları çıxardıqdan sonra 10 il ərzində Əfqanıstana hərbi və maliyyə yardımı edəcək. Bundan başqa 2014-cü ildən sonra bir qrup ABŞ hərbiçisi Əfqanıstanda qalacaq. Onlar yerli orduya təlim keçəcək və Əl-Qaidə terror təşkilatına qarşı əməliyyat aparacaqlar.
Obama Əfqanıstanın Baqram əyalətində yerləşən ABŞ-ın hərbi hava bazasına baş çəkib, oradakı hərbiçilərlə görüşüb.