Nişanı Türkiyənin baş nazirinə Hacı Allahşükür Paşazadə təqdim edib
Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı "Şeyxülislam nişanı" ilə təltif edib.
Türkiyə Baş Nazirliyi əvvəlcə nişanın adının "Şeyxülislam" olduğunu və onun mərhum prezident Heydər Əliyevə, Azərbaycanın indiki prezidenti İlham Əliyevə və Rusiya dövlət başçısı Vladimir Putinə verildiyi haqqında məlumat yayıb. Sonradan isə nişanın adının "Türk nişanı" olduğu haqqında məlumat verilib.
Türk mətbuatının məlumatına görə, Rəcəb Tayyib Ərdoğana nişanı verən Allahşükür Paşazadə də bunun "Şeyxülislam" nişanı olduğunu bildirib.