Bu ilin fevral ayının 27-28-də Bakıda Azərbaycan Marketinq Cəmiyyəti (AMC) və İslam İnkişaf Bankının (İİB) təşkilatçılığı ilə "İslam maliyyəsi və onun Azərbaycanda perspektivləri" mövzusunda beynəlxalq seminar keçiriləcək.
AMC-dən verilən məlumata görə, bu seminarda İslam maliyyəsi və bankçılığın xüsusiyyətləri, faydaları, Azərbaycanda tətbiqi imkanları və perspektivləri müzakirə olunacaq.
Tədbirdə İİB-nin eksperti Ausaf Əhməd, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Milli Bankın nümayəndələri, deputatlar, iqtisadçı-ekspertlər, bank mütəxəssisləri və iş adamlarının iştirakı nəzərdə tutulub.