Qafqaz Müsəlmanları İdarəsinin sədri şəhid əsgərlərin ruhuna dualar oxuyub
Türkiyədə rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Şimali İraqda keçirilən terror əməliyyatlarında şəhid olan əsgərlərin cənazə namazında iştirak edib.
Türkiyə "NTV"-nin verdiyi məlumata görə, Paşazadə namazı Ankara Kocatepe məscidinin həyətində imamın arxasındakı sırada qılıb.