İranla Türkiyə arasında 2012-ci ilin mart ayında 113 ortaq şirkət qurulub.
APA-nın İRNA-ya istinadən məlumatına görə, bu ilin mart ayında Türkiyədə 395 xarici şirkətlə ortaq müəssisə yaradılıb ki, bunlardan 113-ü İranın, 31-i Almaniyanın payına düşür.
Bu ilin ilk 3 ayında isə Türkiyədə İranla 287, Almaniya ilə 103, Rusiya ilə 48 ortaq şirkət yaradılıb. Ümumilikdə bu ilin aprel ayına qədər Türkiyənin xarici ölkələrlə ortaq qurduğu 1133 şirkətdən 477-i ticarət, 149-u istehsalat və 98-i inşaat sektoruna aiddir.