Hədisi Qüdsilərin birində Allah Təalanın belə buyurduğu bildirilir:
"Təəcüb edirəm o şəxsə ki, ölümə yəqini olduğu halda necə də şad olur.
Təəccüb edirəm o şəxsə ki, Qiyamət hesabına yəqini olduğu halda necə də mal toplayır.

Təəccüb edirəm o şəxsə ki, qəbr əzabına yəqinliyi olduğu halda necə də gülür.
Təəccüb edirəm o şəxsə ki, dünyanın zay olub aradan gedən olmağına (məhv və zavalına) yəqinliyi olduğu halda necə də ona etibar edir (bel bağlayır).
Təəccüb edirəm o şəxsə ki, Axirət və nemətlərinin əbədi olmağına yəqinliyi olduğu halda necə də istirahət edir (axirəti qazanmaq üçün çalışmır).
Təəccüb edirəm o şəxsə ki, dildə alimdir, qəlbən nadan.
Təəccüb edirəm o şəxsə ki, özünü su ilə pak etdiyi halda qəlbini paklamır.
Təəccüb edirəm o şəxsə ki, öz eybindən xəbərsiz olduğu halda başqalarının eybini axtarmaqla məşğuldur.
Təəccüb edirəm o şəxsə ki, Allahın onun bütün işlərindən xəbərdar olduğunu bildiyi halda da günah edir.
Təəccüb edirəm o şəxsə ki, tək ölüb qəbrə tək gedib, tək sorğu-sual ediləcəyini bildiyi halda necə də (Allah ilə ünsiyyət etməyib) insanlarla ünsiyyət edir".