Qurum kosmetikada halal-haram fərqi olmadığını bildirib
Türkiyənin rəsmi din qurumu olan Diyanet işleri başkanlığı tərkibində spirt olmadığı üçün "halal kosmetika məhsulları" mövzusunda açıqlama verib. Qurum kosmetikada halal-haram fərqi olmadığını və belə məhsulların təmizlik, gigiyena və xoş ətir məqsədi ilə istifadə etməyin mümkün olduğunu bildirib.
Bundan başqa Diyanet işleri başkanlığı, "belə ətirlərdən paltara və bədənə sürtülməsi namazı batil edir" – fikrinin doğru olmadığını da bildirib. Ancaq qurum tərkibində spirt olan ətir və odekolonların içilməsinin haram olduğunu xüsusilə vurğulayıb.