Tehranda “Həzrəti Rüqəyya” məscidinin uçması nəticəsində 8 nəfər ölüb, xeyli sayda insan müxtəlif dərəcəli xəsarətlər alıb.
APA-nın “Tabnak” saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 20-də axşam saatlarında baş verib.
Məscidin uçmasına yaxınlıqda çoxmərtəbəli binanın tikintisi məqsədilə aparılan qazıntı işləri səbəb olub. Qazıntı işləri zamanı qədim məscidin bünövrəsi zədələnib.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.