İraqın ərazi bütövlüyünün tərəfdarıyıq. Parçalanma baş versə, çox məyus olarıq. SalamNews-un "Doğan" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Qətərdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Türkiyənin heç bir zaman İraqın parçalanmasını arzu etmədiyini qeyd edən Ərdoğan deyib:
"Bizim əvvəldən hədəfimiz, arzumuz İraqın ərazi bütövlüyüdür. İraqın bölünməsinin, parçalanmasının heç bir İraqlı vətəndaşa faydası olmayacaq. Parçalanma olsa, bütün İraq xalqı, İraq dövləti zəifləyəcək. Onun üçün biz İraqın ərazi bütövlüyünün tərəfdarıyıq. Ümid edirik ki, belə bir bölünməyə, belə bir parçalanmağa heç kim imkan verməz".