ABŞ müdafiə naziri Leon Panetta təsdiq edib ki, Birləşmiş Ştatlar İrana qarşı hücum planı hazırlayır. Bu barədə Pentaqonun rəhbəri CNN televiziyasındakı çıxışında ABŞ-ın İslam Respublikası ərazisindəki nüvə obyektlərinə qarşı necə hərəkət edəcəyi sualına cavab verərkən bildirib.
SalamNews RBK-ya istinadən xəbər verir ki, Panettanın sözlərinə görə, müdafiə naziri olduqdan sonra o anlayıb ki, “Pentaqon həyatın bütün halları üçün plan hazırlayır”.
Lakin sonra ABŞ müdafiə müəssisənin başçısı təsdiqləyib ki, əgər iş ABŞ-ın İrana qarşı hücumuna çatsa, onda əməliyyat müvəfəqiyyətlə nəticələnəcək.