“İranla “altılıq” arasında keçirilən İstanbul görüşündə Tehran nüvə proqramı ilə bağlı mövqeyindən zərrə qədər də geri addım atmayıb”
APA-nın məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini İsmayıl Kövsəri deyib. O bildirib ki, İranın nüvə proqramı ilə bağlı yekun qərarı İranın dini rəhbəri verəcək: “Atəyullah Xamneyidən başqa heç kim bu məsələdə qərar verə bilməz. İstanbul müzakirələrində Qərbin geri addım atmasının müxtəlif səbəbləri ola bilər. Məsələn, ölkəmizin inkişafının, son parlament seçkilərinin uğurlu keçməsinin də təsiri ola bilər”.