İraqın baş naziri Nuri əl Maliki bazar günü İrana səfər edəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, N.Malikinin Tehran səfəri zamanı iki ölkə arasında sərhəd problemi, Suriya və bölgə ilə bağlı siyasi-iqtisadi məsələlər müzakirə olunacaq.
Baş nazirin İranın səlahiyyətli şəxsləri ilə görüşü gözlənilir. Hələlik səfər proqramı ilə bağlı ətraflı məlumat verilməyib.