Suriya rəhbərliyi "Annan planı" vasitəsi ilə əldə etdiyi şansdan sui-istifadə edir.
SalamNews-un "İhlas" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NATO-lu həmkarları ilə görüşdüyü işgüzar nahar zamanı bəyan edib.
Davudoğlunun NATO xarici işlər və müdafiə nazirləri ilə Alyansın mayın 20-21-də Çikaqoda keçiriləcək sammitin hazırlıqlarının müzakirəsi zamanı, rəsmi gündəmdə olmamasına baxmayaraq, Suriya mövzusunu açaraq, ətraflı məlumatlar verdiyi bildirilir. Davudoğlunun çıxışından sonra bəzi nazirlər vəziyyətin ciddiliyini daha yaxşı anladıqlarını qeyd ediblər.