Əl-Əzhər universitetinin şeyxi Əhməd Ət-Taib İsrailin işğal etdiyi Qüds şəhərinə şəriətlə səfərin qadağan olunması ilə bağlı fətvaya dair öz mövqeyinin dəyişməz olaraq qalacağını növbəti dəfə təsdiqləyib. Bu barədə “Əl-Qüds online” internet saytı məlumat yayıb.
SalamNews-un "IribNews"a istinadən verdiyi xəbərə görə, şeyx bu məsələdə Əl-Əzhər universiteti və Misir kilsəsinin fikirlərinin dəyişmədiyini vurğulayıb. Ət-Taib Qüdsə yardımı və bu şəhərin sakinlərini İsrail işğalından azad etməyi hər bir müsəlmanın borcu hesab edir. O, İsrail rejimi tərəfindən Əl-Əqsa məscidi və digər islam, xristian abidələrinə və müqəddəslərinə qarşı edilən aqressiv hərəkətlərə müqavimət göstərməyə çağırıb.