İraqın Diala əyalətinin Saidi ərazisində hərbiçilər tərəfindən aparılan əməliyyat zamanı şiələrə qarşı vəhşi qətlləri ilə tanınan "Əl-Qaidə" komandiri Abdulla Satarın gizləndiyi ev aşkarlanıb.
SalamNews-un ABNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraq ordusunun yüksək rütbəli zabitlərindən Abbas Təmimi bildirib. O bildirib ki, sığınacağının polislər tərəfindən əhatə olunduğunu anlayan Abdulla Satar özünü və bütün ailə üzvlərini partladıb.
"Qətlə yetirirlənlər arasında onun 5 yaşından 15 yaşına qədər olan övladları da olub. Partlayış nəticəsində hərbçilər arasında xəsarət alan olmayıb", - Təmimi deyib.
Xatırladaq ki, aprelin 2-də İranın Salah əd-Din qərb əyalətində Abdulla Satar 21 şiəni vəhşicəsinə qətlə yetirib.