Suriyaya silah və sursat apardığı üçün BMT tərəfindən xəbərdarlıq edilən və marşrutunu dəyişdirmək məcburiyyətində qalan Bermuda bayrağı altında üzən “Atlantika Cruser” quru yük gəmisi Türkiyənin İsgəndərun körfəzinə daxil olub.
SalamNews-un “Doğan” agentliyinə istinadla verdiyi xəbərə görə, yerli vaxtla saat 11.15 radələrində İsgəndərun limanına gələn gəmi gömrük idarəsinin dəniz polisinin nəzarəti altında olacaq.