İran ərazisində sentyabradək internetin kəsilməsi və milli internetin yaradılması barədə şayələr əsassızdır.
SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Reza Taqipur məluma verib.
“Bizim milli internet şəbəkəmiz yoxdur və ölkədə internetə daxil olmağın qarşısını almağı planlaşdırmırıq”,- Nazirlər Kabinetinin iclasından sonra keçirilmiş mətbuat konfransında nazir deyib.