Çərşənbə günü Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə və xarici işlər naziri görüşəcəklər. Məqsəd beynəlxalq qüvvələrin ölkəni tərk etdikdən sonra Əfqanıstan ordusu və polisinin maliyyələşdirməsinin müzakirəsidir.
NATO-nun Əfqanıstandakı təhlükəsizlik qüvvələrinə ildə 4 milyard dollar ayrılacaq.
SalamNews BBC-yə istinadən xəbər verir ki, bu, may ayında Çikaqoda keçiriləcək sammitə ilk hazırlıq görüşüdür. Gözlənilir ki, həmin sammitdə Əfqanıstanda təhlükəsizliyin maliyyələşdirilməsi haqqında qəti qərar veriləcək.
Nazirlər ümüd edirlər ki, alyansın strategiyası dəyişilməz olaraq qalacaq.
Həmçinin gözlənilir ki, ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinin xərcinin 25%-ni öz üzərinə götürməyə çalışacaq.