“İrana hansı ölkənin torpaqlarından hücum edilərsə, o dövləti də özümüzə düşmən sayarıq”.
APA-nın məlumatına görə, bunu İranın Quru Qoşunları komandanı, general Əhmədrza Purdastan deyib.
O bildirib ki, düşmənləri İrana qarşı yeni cəbhə açacaq vəziyyətdə deyil: “Hansı bölgə ölkəsi öz torpaqlarından İrana hücum edilməsinə icazə versə, o dövləti də düşmən qəbul edib lazımi qarşılığı verəcəyik. İran Silahlı Qüvvələri ölkəmizə qarşı hərbi təhdidləri ciddi qəbul edir və dağıdıcı cavab vermək üçün tam hazırdır”.