İran Atom Enerjisi Təşkilatının rəhbəri Firuddin Abbasi İranın nüvə hücumundan müdafiə qərargahına komandan təyin edilib
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, qərargahda keçirilən iclasda F. Abbasi səlahiyyətli şəxslərlə birgə İrana ehtimal edilən nüvə hücumlarından müdafiə məsələsinin müzakirəsində iştirak edib. İclasda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadinin imzaladığı qərarla F. Abbasi nüvə hücumundan müdafiə qərargahına komandan təyin edilib.