İran və Ermənistan arasında suvarma qurğuları və su nasosları üzrə ortaq əməkdaşlığa dair müqavilə imzalanıb
APA-nın məlumatına görə, müqaviləyə əsasən hər iki ölkə bu sahədə əməkdaşlığı inkişaf etdirmək məqsədilə ortaq bir şirkət quracaq. Müqavilə Ermənistanın “Armelektromash” şirkəti ilə İranın Xorasan Kənd Təsərrüfatı Sənayesi şirkəti arasında imzalanıb. Razılaşmaya əsasən su nasosları erməni şirkəti tərəfindən istehsal ediləcək.