İsrail hökuməti İranın nüvə obyektlərinə zərbə endirmək haqqında hələ dəqiq qərar qəbul etməyib. Bu barədə Amerika radiosuna müsahibəsində İsrailin müdafiə naziri Ehud Barak bildirib.
SalamNews-un "Reuters"ə istinadən verdiyi xəbərə görə, Ehud Barak deyib ki, “Qərblə danışıqlar zamanı İsrail İranın nüvə obyektlərinə zərbə vurmaq barədə heç bir bəyanat verməyib”.
Nazirin fikrincə, dünya ictimaiyyətinin İranın nüvə obyektlərini neytrallaşdırmaq istiqamətində göstərdikləri səylər gözlənilən nəticələr verməyəcək.
Dünən ABŞ dövlət katibi Hilari Klinton bəyan edib ki, Tehran “öz nüvə proqramı ilə bağlı anlaşılmazlıqların aradan qaldırılması haqda qərarın ciddiliyini” təsdiq etməlidir.