Qətər mənbələri əmirin devrilməsi xəbərini təkzib ediblər.
SalamNews-un MehrNews-a istinadən verdiyi xəbərə görə, hazırda Qətər əmiri şeyx Hamad ibn Xəlifə Tani həyat yoldaşı ilə birgə İtaliyadadır.
Qeyd edək ki, daha öncə Qətərdə hərbi çevriliş və əmirin həyat yoldaşı ilə birgə Amerika vertolyotunda naməlum istiqamətdə ölkədən çıxarılması barədə məlumat verilmişdi.