Çərşənbə axşamı səhər saatlarında Misirin Süveyş şəhərində yerləşən nəhəng neft emalı zavodunda baş verən partlayış nəticəsində 14 nəfər yaralanıb.
SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış "Nasr petroleum" şirkətinə məxsus müəssisədə ötən şənbə bir neçə neft rezervuarında yaranmış güclü yanğın söndürüldükdən sonra baş verib.