Buna səbəb isə market kassirinin niqablı müsəlman qadını məsxərəyə qoyması olub
Amerikanın supermarketlər şəbəkəsi "Wal-Mart" üzündəki niqaba görə məsxərəyə qoyduğu müsəlman müştərisindən üzr istəyib. "Amerika-İslami münasibətlər komitəsi"nin verdiyi məlumata görə fevralın 2-də baş vermiş hadisədə marketin kassiri niqablı qadınla qarətçi kimi rəftar edib və "xahiş edirəm məni qarət etməyin" – deyib.
Market rəsmiləri məktub yazaraq kassirin rəftarına görə müsəlman qadından üzr istəyib. Bundan başqa şirkət rəsmiləri market işçilərinə İslam dini və müsəlmalıq barədə təlimlər verəcəklərini də bildiriblər.