"Azərbaycanı müharibəyə sürükləyən qüvvələr var. Azərbaycan bunu başa düşməlidir və Qarabağ münaqişəsi ədalətli və sülh yolu ilə həll edilməlidir".
SalamNews xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü, Litvanın sabiq prezidenti Vitautas Landsberqis bildirib.
Onun sözlərinə görə, Azərbaycan Qafqazda müharibə etməklə Gürcüstanın səhvini təkrarlamamalıdır. Azərbaycan dövləti səbirli və təmkinli addım atmalıdır, beynəlxalq təşkilatlarla əlaqələrini daha da gücləndirməlidir və onlara Qarabağ münaqişəsi barədə mütəmadi olaraq geniş məlumat verməlidir.
O deyib: "Əgər Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, burada yalnız 3-cü tərəf udacaq. Çünki həmin tərəf hər iki ölkəyə silah və sursat satacaq. Bu münaqişənin hərbi yolu yoxdur, ancaq sülh və beynəlxalq hüququn prinsipləri əsasında həlli mümkündür".