Türkiyə ilə İsrail arasındakı ciddi siyasi böhrana görə Türkiyədə dincəlməkdən imtina edən israilli turistlər Antaliyaya geri dönür. SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə əsasən, aprel ayında 3 min israilli turistin Antalyaya gəlməsi planlaşdırılır.
"Haaretz" qəzeti mövzu ilə əlaqədar yazıb: "İsraillilərin Türkiyəyə dönməyə başladığına işarə edən yeni məlumatlar var. Güclü tələbat yarandığı üçün, türk çarter şirkətləri pasxa bayramı ilə əlaqədar uçuşlarının sayını iki qat artırıb".
Çarter şirkətlərinin bu ay üçün Təl-Əviv ilə Antalya arasında əvvəlcə 10 reys planlaşdırdıqlarını, ancaq bunun 20-yə qədər yüksəltdiklərini qeyd edən qəzet bildirir ki, bütün bunlara baxmayaraq, turistlərin sayı böhrandan əvvəlkindən çox aşağıdır.