Aprelin 15-də İsrailin kənd təsərrüfatı naziri Orit Nokedin Cənubi Qafqaza səfəri başlayıb. Nazirin Ermənistana 2 günlük səfərinin əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərinin konkretləşdirilməsi, həmçinin, erməni həmkarı Serqo Karapetyan ilə görüş zamanı birgə layihələrin reallaşdırılması olacaq.
SalamNews-un “ArmToday”ə istinadən verdiyi xəbərə görə, bundan başqa, qonağın Ermənistanın baş naziri Tiqran Sarkisyan, Bütün ermənilərin katolikosu II Qaregin ilə görüşləri planlaşdırılır. Orit Noked Yerevanın konyak zavoduna gedəcəyi, “erməni soyqırımı” qurbanlarının abidəsi önünə əklil qoyacağı və “Metanadaran” əlyazmalar institutunun eksponatları ilə tanış olacağı gözlənilir.
Daha sonra Azərbaycana səfər edəcək nazir, burada BMT-nin kənd təsərrüfatı və ərzaq təşkilatının nümayəndələri, həmçinin, İsrail ilə əməkdaşlıqda maraqlı olan Azərbaycan şirkətlərinin təmsilçiləri ilə görüşəcək.
Bundan başqa, ayın sonunadək İsrail rəhbərliyinin daha bir nümayəndəsinin də regiona səfəri planlaşdırılır. İsrail XİN-in xahişi ilə, səfərin detlları barədə məlumat verilmir.